İranda terror nəticəsində həyatını itirənlərin sayı yüzü ötüb

İranın Kirman əyalətində terror aktı törədilib. 3 yanvar tarixində gerçəkləşən terror 2020-ci ildə ABŞ-ın Bağdaddakı hücumunda İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsinin 4-cü ildönümünün keçirildiyi ərazidə olub. Qasim Süleymaninin məzarına 200 metr qalmış, yoxlanış məntəqəsi yaxınlığında həyata keçirilən iki ayrı partlayış biri-digəri ilə müqayisədə 15 dəqiqə fasilə ilə icra edilib. İtkilərin 103-nəfərə çatdığı deyilən hadisənin qurbanlarının artacağı ehtimalı böyükdür. Buna 141 nəfər yaralılar içində vəziyyəti ağır olanlar söyləməyə əsas verir.

Yerli orqanlar terror aktını təsdiqləyib və qurbanların daha çox ikinci partlayış zamanında həyatlarını itirdiklərini söyləyiblər. Ehtimal ki, terror uzaqdan idarə olunan terrorçu vasitəsi ilə həyata keçirilib.