İranda dolların kəskin bahalaşmasından sonra Mərkəzi Bankın sədri istefa verib

 İranın Mərkəzi Bakının sədri Əli Salehabadi istefa verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İranda ötən gün valyuta mübadiləsi məntəqələrində bir dollar 41 min tümənə dəyişdirilib.

İran Mərkəzi Bankının mətbuat katibi Mustafa Qəməri-Vəfanın sözlərinə görə, ölkənin Nazirlər kabineti Əli Salehabadinin istefasını qəbul edib.

Məlumata görə, Mərkəzi Bankının yeni sədri Məhəmməd-Rza Fərzin olub.

İran Mərkəzi Bankının yeni sədri tezliklə dolların qiymətinin 27 min tümənə endirilməsi barədə planın olduğunu bildirib.