İran və Azərbaycan ekspertləri Araz çayı stansiyalarının yeri ilə bağlı razılığa gəliblər

İran və Azərbaycan ekspertləri Xədəfərin və Qızqalası bəndlərinin yuxarı və aşağı axınında hidrometrik stansiyanın (sıxlığın ölçülməsi) yerləşmə ərazisinə baş çəkdikdən sonra yaxın bir ay ərzində Araz çayı hidrometrik stansiyalarının yekun yerlərinin müəyyən edilməsi üçün qrafikin hazırlanması barədə razılığa gəliblər.

Operativtv.com İRNA-ya istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikası və Azərbaycan Respublikasının ekspert və mütəxəssisləri sərhədçilərin iştirakı ilə Qızqalası bəndi iş yerində baş tutan iki günlük görüşdə Araz çayı üzərindən hidrometrik stansiyaların müəyyən edilməsi, həmçinin iki ölkə arasında Kəlalə-Ağbənd müştərək körpü tikintisi sexi ilə bağlı ortaq ərazinin təhvil verilməsi məsələlərini müzakirə ediblər.

İkinci gün ekspertlər iki ölkə arasında strateji körpünün tikintisinə aid birgə sexin yerləşəcəyi ərazi ilə tanış olublar, birgə iclasda sexin yeri körpünü inşa edən podratçıya təhvil verməklə yanaşı, tikiləndən sonra çayın yuxarı və aşağı axınının necə bərpa olunacağını da vurğulayıblar.