İran, Çin və Rusiyadan birgə təlim

Operativtv.com Mehr-ə istinadən xəbər verir ki, İranın Çin və Rusiya ilə birgə hərbi dəniz təlimi bu gündən etibarən Hind okeanının şimalında keçiriləcək. Bu məşq 5 gün davam edəcək.

İran, Çin və Rusiya 2022-ci ilin yanvarında Hind okeanında birgə hərbi dəniz təlimi keçirib. Təlimdə İran donanmasının 11 gəmisi, biri esmines olmaqla 3 Rusiya gəmisi və iki Çin hərbi gəmisi iştirak edib