İran: BRİKS çərçivəsində dollarsızlaşdırma prosesi start götürüb

BRİKS üzvləri təşkilat çərçivəsində ticari-iqtisadi və maliyyə əməliyyatlarının dollarsızlaşdırılması üzərində işləyəcək.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İran XİN başçısının müavini Əli Baqeri Qəni bəyan edib.

Bu təşkilat çərçivəsində digər BRİKS üzvləri ilə çoxlu missiyalarımız və birgə işlər planlaşdırılıb. Ən mühüm işlərdən biri ticari-iqtisadi əməliyyatların və maliyyə əməkdaşlığının dollarsızlaşdırılması oldu. BRİKS-in bu işgüzar istiqamətdəki fəaliyyətləri artıq başlayıb, bu tədbirlərin güclənəcəyinə və artacağına ümid edirik ki, bu məqsədi mümkün qədər tez reallaşdıraq“, – deyə o qeyd edib.