İmam Əli (ə) hərəmində Əyyami-Fatimiyyə

İmam Əli (ə) hərəmində Xanım Fatimeyi-Zəhranın (s) şəhadəti ilə bağlı “Əyyami-Fatimə” məclisi keçirilib. Əyyami Fatimiyyə Allah Rəsulunun (s) qızı Xanım Zəhranın (s.ə.) şəhadət günlərini əhatə edən tarixdir. İslam dünyası bu tarixi böyük hüznlə qeyd edir. Xanım Zəhranın (s.ə.) öz istəyi ilə məzarının gizlin qalma səbəbindən onun şəhadət günləri İmam Əlinin (ə) hərəmində qeyd olunur.