İlahiyyatçının məhkəməsi növbəti dəfə təxirə düşüb

Narkotiklə ittiham olunan Maide.Az saytının redaktoru, ruhani Qədir Məmmədovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə iclası yenidən təxirə salınıb. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.
Vəkil bildirib ki, növbəti məhkəmə mart ayının 13-ü saat 12:00-a təyin oldunub.
Qeyd edək ki, bundan öncə ruhani Qədir Məmmədovun məhkəməsi yanvar ayının 15-də keçirilib. Növbəti məhkəmə iclası yanvarın 29-a təyin olunsa da iclas baş tutumayıb. Məhkəmə yenidən fevral ayının 14-nə qədər təxirə düşmüşdü. Növbəti məhkəmə yenidən mart ayının 13-ü saat 12:00-a qədər ertələnib.
Xatırladaq ki, Maide.az saytının redaktoru, ruhani Qədir Məmmədov son vaxtlar Azərbaycan və İran arasında gərginləşən münasibətdən dolayı şiə ruhanilərinə və inanclılara qarşı başladılan represiya dalğasının ardınca sentyabrın 15-də evlərinin qarşısında azyaşlı oğlunun gözü önündə saxta ittihamla - narkotika istifadəetmə (234.1-1) maddəsi ilə şərlənərək həbs edilib.