Husilərin hücumları qlobal yükdaşımalarda fasilələrə səbəb olub

Danimarkanın Maersk qrupu bu həftə bildirib ki, bu həftə sonu gəmilərindən birinə hücumdan sonra Qırmızı dəniz vasitəsilə bütün yük daşımalarına fasilə verməyə davam edəcək. Yəməndə İranın dəstəklədiyi husi militantları Qəzzada İsrailə qarşı döyüşən fələstinli islamçı HƏMAS silahlı qruplaşmasına dəstək nümayiş etdirmək üçün noyabr ayından etibarən Qırmızı dənizdəki gəmilərə hücumlarını artırıb.

Yəməndən Husilərin noyabrın ortalarından bəri kommersiya gəmilərinə təxminən ondan çox hücum həyata keçiriblər. Militantlar iddia edir ki, onlar Qəzzada fələstinlilərə dəstək məqsədilə İsraillə əlaqəsi olan gəmiləri hədəf alırlar, baxmayaraq ki, İsraillə əlaqəsi olmayan bir neçə gəmiyə də hücumu iddia edilib.

Təhlükələrdən qaçmaq üçün getdikcə daha çox yükdaşıma şirkətləri yollarını Qırmızı dəniz və Süveyş kanalından dəyişir.

“Ticarət üçdə bir nisbətində azalıb. Amma bunların əksəriyyəti kontenyer gəmiləridir.Yəni Asiyadan Avropaya gedən yüksək dəyərli mallar,” Llyod List Intelligence-dən Mişel Vis Bokman bildirir.

Bunun əvəzinə bir çox gəmilər Afrikanın cənubundan hərəkət edir ki, bu da daha uzun bir yoldur. Asiyadan Şimali Avropaya yükdaşıma xərcləri son günlərdə iki dəfədən çox artıb.

Ötən ay Birləşmiş Ştatlar Rifahın Mühafizəçisi Əməliyyatına başlayıb. Bu, husilərin hücumlarına qarşı yönəlmiş beynəlxalq dəniz təhlükəsizlik qüvvəsidir.

“Konteyner daşıyıcılarının keçməməsi faktı onu göstərir ki, onların ABŞ-ın başçılıq etdiyi bu koalisiyanın bu nəqliyyat xəttlərini daha təhlükəsiz edə biləcəyinə çox az inamı var,” Bokman bildirir.

BMT-nin Təhlükəsizlik Şurası qlobal ərzaq təhlükəsizliyinin risk altında olduğuna dair narahatlıqlar fonunda çərşənbə axşamı hücumlarla bağlı iclas keçirib.

“Bunun Yəməndə, regionda və qlobal miqyasda milyonlarla insana mümkün təsiri ola bilər,” BMT baş katibinin yardımçısı Xalid Xiari bildirib.

ABŞ səfiri İranın husilərə dəstək verdiyini xüsusi qeyd edib.

“O, husilərə qabaqcıl silah sistemləri, o cümlədən pilotsuz hava sistemləri, quruya hücum edən qanadlı raketlər və gəmilərə qarşı hücumlarda istifadə edilən ballistik raketlər ötürüb,” ABŞ-ın İdarəçilik və İslahat üzrə BMT-dəki səfiri Kris Lu bildirib.

İran Qırmızı dənizdə husilərin hücumlarını dəstəklədiyini inkar edir.

Bu arada isə analitiklər xəbərdarlıq edir ki, militantlar hücumlarını artıra bilər.

“Husilər kommersiya daşımalarını hədəfləməklə nə etdiklərini dəqiq bilirlər, çünki bu, xəbərlərdə işıqlandırılır və dünya liderləri arasında məqsəd və ambisiyalarının Qəzzada müharibəyə qarşı olduqlarını vurğulamaq istədiklərinə dair narahatlıq yaradır," Bokman deyir.

Yükdaşıma cədvəlləri pozulduqda, tədarük zəncirindəki gecikmələrin bir neçə həftə və ya aylarla davam edə biləcəyinə dair xəbərdarlıqlar var.

 

Amerikanın Səsi