Humanitar yardım daşıyan 40 avtomobil Rəfah keçid məntəqəsindən Qəzzaya göndərilib

Qəzza bölgəsinin sakinləri üçün humanitar yardım daşıyan 40 yük maşını Sinay yarımadasının şimalında yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə anklav ərazisinə göndərilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, dizel yanacağı ilə yüklənmiş 6 tanker də Qəzza sərhədini keçib. Bundan başqa, Fələstin ərazisində qalan ikili vətəndaşlığı olan 250 nəfər Misir ərazisinə təxliyə edilib.

Bundan əvvəl, BMT Təhlükəsizlik Şurası ərəb ölkələri tərəfindən hazırlanmış və Qəzza zolağına humanitar yardım daşınmasını asanlaşdırmaq məqsədi daşıyan qətnamə layihəsini qəbul edib. Qətnamənin lehinə 13 ölkə səs verib, Rusiya və ABŞ bitərəf qalıb.