Hollandiyadan sonra Almaniya da Baş Konsulluğunu bağladı

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Qərb hədəflərinə artan təhdid səbəbiylə Hollandiya və İngiltərədən sonra Beyoğluda yerləşən Almaniyanın İstanbuldakı Baş Konsulluğu təhlükəsizlik səbəbiylə müvəqqəti olaraq bağlanıb. Bu günə planlaşdırılan viza və pasport görüşləri də ləğv edilib. Konsulluğun sosial media hesabındakı paylaşımda "Baş Konsulluğumuz təhlükəsizlik səbəbi ilə bu gün (1 fevral) bağlanacaq. Viza və pasport prosedurları üçün görüşlər ləğv ediləcək. Anlayışınız üçün təşəkkür edirik" mesajı yer alıb.

Hollandiyanın İstanbul Beyoğlu Baş Konsulluğu da "Hollandiyanın İstanbuldakı Baş Konsulluğu ətrafında baş verə biləcək etirazlar və qərb hədəflərinə artan təhdid səbəbilə Hollandiyanın İstanbuldakı Baş Konsulluğu 30 Yanvar 2023-cü il tarixindən etibarən müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanacaq" deyib. ABŞ səfirliyi və Böyük Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarını Türkiyədə, xüsusilə İstanbul, Beyoğlu və Qalatada və qərbli turistlərin tez-tez ziyarət etdikləri yerlərdə baş verə biləcək terror aktlarına qarşı xəbərdar edib.