Hizbullahdan İsrail rejiminə xəbərdarlıq

Hizbullahın icra şurasının sədri Seyid Haşim Səfiyuddin Livanın cənubunda düşmənlə son münaqişə ilə bağlı açıqlamasında müqavimətin hazırlıqlarının ən yüksək səviyyədə olduğunu və düşmənlərin boş təhdidlərlə heç bir nəticəyə nail olmayacağını bildirib.

O, vurğulayıb ki, bu gün Livanda müqavimət düşmənə qarşı ləyaqətlə dayanır və bəzi yeni silahlar üzə çıxarır ki, bu da sionistləri onların (döyüş meydanına) daxil olmalarının əksini, əhəmiyyəti və nəticələri haqqında düşünməyə vadar edir.

“Əgər Livandakı müqavimətə qarşı hesablamalarınızda növbəti səhvi etsəniz cavab çox sürətli, dəqiq və gözlədiyinizdən daha böyük olacaq. Siz heç vaxt hədəflərinizin heç birinə nail olmayacaqsınız və İslam müqavimətini Qəzzanı dəstəkləməkdən çəkindirməyəcəksiniz; Çünki Qəzzanı dəstəkləmək müqavimətin verdiyi qərardır və bu Qəzzanı, Fələstini, Livanı və bütün bölgəni müdafiə etmək baxımından son dərəcə düzgün qərardır.”