Hizbullah sionist rejimin hərbi bazasını raketlə hədəfə alıb

Livan Hizbullah Hərəkatı işğal altındakı Fələstinin şimalında sionist rejimin hərbi bazasını hədəf aldığını açıqlayıb.

Operativtv.com İRNA-ya istinadən yaydığı xəbərə görə, Livan islami müqaviməti bəyanat yayaraq bildirib ki, Qəzza zolağında Fələstin xalqına və onların cəsarətli və şərəfli müqavimətinə dəstək məqsədilə islami müqavimət qüvvələri bu gün yerli vaxtla saat 11:35-də sionist əsgərlərin “Hədəb Yarin” hərbi bazası ətrafında toplaşdıqları yeri raketlə hədəfə alıb.

Bu bəyanata əsasən, atılan raket birbaşa hədəfi vurub.