Hayfa limanında güclü partlayış baş verib

Sionist rejim mediası Hayfada neft emalı zavodlarının yaxınlığında güclü partlayış səsinin eşidildiyini bildirib.

Operativtv.com Az.rasthaber.org-a istinadən xəbər verir ki, Livanda yerləşən “Əl Mayadeen” televiziyasının İbrani mediasına əsaslanaraq verdiyi xəbərə görə, işğal olunmuş ərazilərin şimalında yerləşən Hayfa şəhərində şiddətli partlayış baş verib.

Bu böyük partlayış anının görüntülərini dərc edən sionist mənbələr partlayışın Hayfa neftayırma zavodlarının yaxınlığında baş verdiyini və səbəbin hələ də araşdırıldığını bildiriblər.