"Freedom House"un 2022-ci il Azərbaycanla bağlı hesabatında MBH repressiyalar, kütləvi həbslər, işgəncələrə məruz qaldığı qeyd olunub

"Freedom House" 2022-ci il Azərbaycanla bağlı geniş hesabat hazırlayıb. Müxtəlif sahələri əhatə edən hesabatda hakimiyyət üçün “ürəkaçan” heç bir şey qed olunmayıb. Seçkilərdən korrupsiya oyunlarına qədər geniş yazılan hesabatda insan haqları mövzusu xüsusi yer tutub. Burada Müsəlman Birliyi Hərəkatı, Hacı Tale Bağırzadə başda olmaqla qeyri-zorakı təşkilat olaraq tanılıb və kütləvi həbs,  reperessiyalara məruz qaldığı əksini tapıb.

“... Rejim dinə nəzarəti Qafqaz Müsəlmanları İdarəsi kimi dövlətə bağlı qurumlar vasitəsilə həyata keçirir. . Müstəqil fəaliyyət göstərməyə cəhd edən dini icmalar ağır qeydiyyat tələbləri, çap edilmiş dini materialların idxalı və yayılmasına müdaxilə, beynəlxalq əlaqələri olan və ya əhəmiyyətli tərəfdarları olan dini liderlərin həbsi və təqibləri ilə üzləşirlər. Məsələn, Hacı Taleh Bağırzadə və onun qeyri-zorakı mühafizəkar şiə qrupu olan Müsəlman Birliyi Hərəkatının üzvləri 2015-ci ildə başlayan repressiyalar çərçivəsində kütləvi həbslərə, işgəncələrə və həbslərə məruz qalıblar...”