Fransa Senatından Azərbaycana qarşı daha bir addım

Fransa Senatı Azərbaycana qarşı sanksiyaları tələb edən qətnamə qəbul edib. 

Qətnamədə bir sıra əsassız yanaşmalarla bərabər Qarabağın separatçı liderlərinin guya əsassız həbsləri pislənib. 

Fransa Senatı daha bir destruktiv yanaşma göstərərək qətnamədə Azərbaycandan qaz və neft idxalına embarqo qoyulmasına çağırıb. 

Qətnamənin qəbulu sessiyasında fəxri qonaq qismində Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və ləğv olunmuş separatçı "Dağlıq Qarabağ" nümayəndəsi Hovhannes Gevorgyan iştirak ediblər.