Fələstin müqaviməti Qəzza yaxınlığındakı İsrail qəsəbələrə raket zərbəsi endirib

 İsrail rejiminin mübarək Ramazan ayında Qəzzaya hücum və təcavüzlərinin davam etməsi ilə eyni vaxtda Fələstin müqavimətinin bu vəhşiliklərə raket cavabı da dayanmayıb və davam edir.

“Səma” xəbər agentliyi bu gün işğal altındakı ərazilərin bəzi bölgələrinə raketlər yağdırıldığını bildirib.

Bu xəbərə görə, Əsqəlan bölgəsi və Qəzza ətrafındakı qəsəbələr raketlərlə hədəfə alınıb və bütün ərazidə həyəcan siqnalı verilib.