Filip Lüter ”Cenin” qaçqınlar düşərgəsinə edilən basqınla bağlı paylaşım edib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Lüter işğal altındakı İordan çayının qərb sahilindəki ”Cenin” qaçqınlar düşərgəsində dünən baş verən hadisələri qiymətləndirib.

Lüterin İsrail əsgərlərinin ”Cenin” qaçqınlar düşərgəsinə təşkil etdiyi və 9 fələstinlinin ölümü ilə nəticələnən basqını ilə bağlı açıqlaması Beynəlxalq Amnistiya Təşkilatının rəsmi səhifəsində yayımlanıb.

Düşərgəyə edilən basqına diqqət çəkən Lüter deyib: ”Cenin qaçqınlar düşərgəsi bir ildir İsrailin təzyiqlərinə məruz qalır. “Əl-Cəzirə” telekanalının müxbiri Şirin Əbu Akile də 2022-ci ilin may ayında Cenində öldürülüb. Düşərgə sakinləri hələ də hərbi hücumlara məruz qalırlar”.

İsrail qüvvələrinin ötən gün İordan çayının qərb sahilinin şimalındakı ”Cenin” qaçqınlar düşərgəsinə təşkil etdiyi basqında 9 fələstinli həlak olub.