Dəmir yolu ilə ticarət mübadiləsi 33% artıb

İranın Şimal-2 Dəmir Yolları İdarəsinin rəisi Qulamhüseyn Vələdi Azərbaycan Respublikası ilə ixrac, idxal və tranzit istiqamətləri üzrə dəmir yolu vasitəsi ilə mal və əmtəə mübadiləsinin 33% artdığını açıqlayıb.

Bu mübadilələrin Astara dəmir yolu terminalı vasitəsilə həyata keçirildiyini bildirən Vələdi əlavə edib: “Bu ilin 9 ayı ərzində Astara dəmir yolu ilə aparılan mübadilələrin ümumi həcmi 498 min 926 ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artımın olduğunu göstərir”.

Onun sözlərinə görə, bu ilin əvvəlindən dekabrın ortalarına kimi Astara dəmir yolu terminalı vasitəsilə Azərbaycana 136 min 324 ton yük ixrac edilib ki, bu da yeddi faiz artım deməkdir.

 

Səhər Azəri