Daha bir MBH üzvü saxlanıldı

Yeni il həbs dalğasının eyni tendensiya isə davamında həbsləri təzələməklə irəliləyir. 2024-cü ilin ilk günlərindən Gəncədə inanclıların saxlanılma xəbəri bu ilin də ötən illlərdən heç bir fərqi olmayacağını söyləməyə əsas verir. Günahsız həbslər ilin ilk günlərində neçə-neçə ailənin üzüntüsünə səbəb olub.
Bu sırada Müsəlman Birliyi Hərəkatı da istisnalıq təşkil etmir. Ötən il həbsə alınan hərəkat üzvləri sırasına yeni ildə daha biri də əlavə olundu. Salyan rayon sakini Mirsultan Bağırov yanvarın 11-də Salyanda, yaşadığı evdən rayon polis idarəsinin işçiləri tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb. Qısa müddət sonra bəlli olub ki, onu da silsilə hal almış narkotiklərlə bağlı ittiham edirlər. 
Ölkənin seçkiqabağı mühiti həbslərə ara veriləcək bir təəssürat yaratsa da, həqiqətdə günahsız insanların həbsi eyni ssenari üzərindən davam edir.