20 September 2026

Ed Sheeran Macklemore qalmaqalından sonra susqunluğunu pozdu: Qəzzadakı hadisələr "fəlakətlidir"

Britaniyalı pop ulduz Ed Sheeran, reper Macklemore-un "Fələstinə azadlıq" (Free Palestine) bəyanatından sonra yaranan qalmaqal fonunda ABŞ turnesinin ilk konsertində susqunluğunu pozub.

Əvvəllər siyasi məsələlərdə neytral qalmağa üstünlük verən müğənni, ABŞ-ın Filadelfiya şəhərindəki konserti zamanı ilk dəfə İsrail-Fələstin münaqişəsi ilə bağlı birbaşa açıqlama verib.

Bu gün İmam Həsən Əskərinin (ə) mübarək mövlud günüdür

Bir rəvayətə görə, Rəbiyül-axir ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) mövlud günüdür.

Həzrətin ləqəbləri: Əskəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi.

Künyəsi: Əbu Muhəmməd.

Atası: İmam Hadi (əleyhissalam).

Anası: Hədisə (Süsən, Hərbiyyə). O ilahi ariflərdəndi.

Husilər ilk dəfə Ər-Riyada raket zərbəsi endirib, hava limanında yanacaq çənində yanğın olub

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanında Kral Xalid hava limanını hədəfə alıb.

“Geo News” xəbər verir ki, Kral Xalid hava limanı yaxınlığında yanğın baş verib.

Yanğınsöndürənlər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən yanacaq çənində baş vermiş yanğını söndürüblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə hava limanı üzərində qara tüstü sütunu müşahidə olunub.

İran şərtləri qəbul etməyincə Hörmüz boğazını gəmiçilik üçün açmayacaq

ABŞ Tehranın irəli sürdüyü şərtləri qəbul etməyincə, İran Hörmüz boğazını gəmiçilik üçün açmayacaq.

Bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.

"Bu şərtlər yerinə yetirilməyənədək, İran xalqının qanuni hüquqları tanınmayanadək və amerikalıların öhdəlikləri icra olunmayanadək danışıqların əvvəlki şərtlərinə qayıtmaq və Hörmüz boğazını açmaq üçün zərrə qədər də imkan qalmayacaq", - deyə o vurğulayıb.

NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı Qayanaya dünya neft bazarında mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib.

"The New York Times"ın (NYT) məlumatına görə, Yaxın Şərq münaqişəsi və neft tədarükünün kəskin azalması fonunda Qayananın neft gəlirləri 2026-cı ildə 6,5 milyard dollara çata bilər. Bu, ilin əvvəlində verilmiş proqnozdan iki dəfə çoxdur.

Allahı və Peyğəmbəri təhqir edən Adil Əmrahlının videosu yayılıb

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlının videosu yayımlanıb. Videoda A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"da canlı yayımına qoşulub.

Yayım zamanı Vaşinqtonda yerləşən məscidə daxil olan "Adil Black" "Kolyaka"nın təklifi ilə məbəddə ibadət edənlərə məhəl qoymadan söyüşlər, nalayiq ifadələr işlədib. İfadələrində o, Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s) təhqir edib.

Şeyx Naim Qasim: Sionistlərlə mübarizənin yeganə yolu müqavimətdir

"İmamiyyə Tələbə Təşkilatı"nın yaradılmasının 55-ci ildönümü münasibətilə Pakistanda keçirilən "İttifaq Şəhidi" konfransına göndərdiyi mesajda Hizbullahın Baş Katibi Şeyx Naim Qasim vurğulayıb ki, işğala son qoymağın və torpaqları azad etməyin yeganə yolu müqavimət və qətiyyətli mövqedir; digər bütün yollar isə sadəcə vaxt itkisidir.

“Amerika və Sionist zalımlara qarşı durmaq, müqavimət göstərmək və onların məqsədlərinə çatmasına mane olmaq özlüyündə bir qələbədir.

“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib

Türkiyə Super Liqasında növbəti turun oyunlarından biri keçirilib.

APA xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Trabzonspor”un heyətində Məhəmməd Salah het-trik edib. O, 4-cü, 44-cü və 80-ci dəqiqələrdə fərqlənib. Digər qolu isə 39-cu dəqiqədə Savio vurub.