09 July 2026

ABŞ və onun "müsəlman əbalı" müttəfiqlərini ən çox narahat edən də məhz budur!

Bəşəriyyətin ən izdihamlı vida və dəfn mərasiminin izlənildiyi vaxtda ABŞ və müttəfiqlərinin İranı yenidən bombardmana başlamasının tək bircə məqsədi var - bu dəfn mərasimini pozmaq, kütləviliyi dağıtmaq!

Çünki mərasim İslam düşmənlərinin, İranın rəqiblərinin gözlədiyindən də qat-qat artıq izdihamlı keçərək, "Vilayəti-fəqih" sisteminə bütün Orta Şərq coğrafiyasında legitimlik qazandıran böyük bir siyasi hərəkata çevrilirdi.

İsraildə Trampın qoşunların Livandan çıxarılması ilə bağlı bəyanatları təkzib edilib

İsraildə Trampın qoşunların Livandan çıxarılması ilə bağlı bəyanatları təkzib edilib

İsrailin müdafiə naziri İsrail Kats ABŞ Prezidenti Donald Trampın İsrail qoşunlarının Livandan mümkün çıxarılması ilə bağlı bəyanatını təkzib edib.

Bu barədə "The Times of Israel" məlumat yayıb.

"Biz Livana daxil olmaq üçün heç kimdən icazə istəməmişik və orada qalmaq üçün icazəyə ehtiyacımız yoxdur", - İ.Kats bildirib.

Şiələr Peyğəmbər səhabələrinin düşmənidirmi? Emin Günəşin yazısı

"Əshabi NATO"çuların bu müharibələri Caməl və Siffeyn döyüşlərinə bənzəyir. Onlar yorulmadan "Şiələr səhabələrin düşmənləridir" nəqarətini təkrarlayırlar. Bu müharibədə düşmən əslində çox aydındır! Epşteyn dəstəsi və Peyğəmbərin qatilləri... Amma bu qrup "Şiələr səhabələrin düşmənləridir" deməyə davam edir. Qaçılmaz olaraq, insanda sual yaranır: "Səhabələr" dedikdə, onlar Epşteyn dəstəsini və Peyğəmbərin qatillərini nəzərdə tuturlar? Çünki şiələrin gündəliyinə xəlifələr və ya digər səhabələr daxil deyil.

15 saylı Cəzaçəkmə Müəssisəsindən bir məhbusun qaçdığı bildirilir

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən bir məhbusun qaçdığı bildirilir.

Hadisə barədə məlumat əvvəlcə bir sıra yerli media orqanlarında dərc edilsə də, qısa müddət sonra həmin xəbərlər saytlardan silinib.

Meydan TV-nin öz mənbələrindən əldə etdiyi məlumata görə isə yayılan informasiya həqiqətə uyğundur.

Ayətullah Seyyid Əli Xameneinin cənazəsini daşıyan təyyarə İraqdan dönərək Məşhədə eniş edib

İranın sabiq Ali Dini Rəhbəri bu gün dəfn olunacaq.

Ayətullah Seyid Əli Xameneinin cənazəsini və ailə üzvlərini daşıyan təyyarə bir müddət əvvəl Məşhəd şəhərindəki Şəhid Haşimi Nejad Hava Limanına enib.

Ayətullah Xameneinin dəfn mərasiminin Təşkilat Komitəsindən bildirilib ki, İraqda, xüsusilə Nəcəf və Kərbəlada keçirilən vida və dəfn mərasimlərinə böyük izdihamın qatılması səbəbindən cənazənin Məşhədə gətirilməsində gecikmə yaranıb.

Nəim Qasim: Müqavimət yolundan dönməyəcəyik

Hizbullahın baş katibi Nəim Qasim çıxışı zamanı təşkilatın mövqeyinin dəyişmədiyini bildirərək, torpaqlar tam azad olunana qədər fəaliyyətlərini davam etdirəcəklərini bəyan edib.

Onun sözlərinə görə, Livanda davamlı həll yalnız İsrail qüvvələrinin ölkə ərazisindən çıxması və Livan ordusunun Litani çayının cənubunda tam şəkildə yerləşdirilməsi ilə mümkün ola bilər.

Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olma xəbəri müzakirələrə səbəb olub

İş adamı Emin Ağalarova məxsus “Sea Breeze” şirkətinin İsrailin “Makkabi Netanya” futbol klubuna sponsorluq etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İsrailin “Sport5” nəşrinə istinadən xəbər verir ki, “Makkabi Netanya” klubu “Sea Breeze Resort & Residences” şirkəti ilə ötən il sponsorluq müqaviləsi imzalayıb.

Ukrayna Rusiyanın daha iki neft anbarını vurub

Ukrayna ötən gecə də Rusiya ərazisinə zərbələri davam etdirib.

 ​​Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial mediada bölgə üçün dron həyəcanı verildiyini açıqlayıb. Daha sonra isə o, “dron qalıqlarının” sənaye müəssisələrinin birinə zərər vurduğunu elan etsə də, hansı müəssisədən söhbət getdiyini açıqlamayıb.

Lakin az sonra OSINT ictimai qruplarında neft anbarına hücum edildiyini göstərən videolar yayılmağa başladı.

İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki bazalarına zərbələr endirib

“ABŞ ordusunun Küveyt və Bəhreyndəki bazalarının mühüm infrastrukturu və obyektlərinə zərbə endirildi”.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

Məlumata görə ABŞ-ın İrana hücumundan bir saat sonra Küveytdəki Arifcan və Əli əs-Salim, eləcə də Bəhreyndə Cüfeyr və Şeyx İsada yerləşən ABŞ bazalarının infrastrukturu və mühüm obyektləri raket atəşinə tutulub.

Güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurdular

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatını 5 medalla başa vurub.

Yığma yarışın 3-cü günündə daha 2 mükafat qazanıb. Ayxan Cavadov (60 kiloqram) rumıniyalı Draqos Draqaya 6:1, Elmin Əliyev (82 kiloqram) isə macarıstanlı Sabolç Sinaya 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

Qalibaf: Hörmüz boğazı yalnız İranın müəyyən edəcəyi şərtlərlə açılacaq

“Hörmüz boğazı ABŞ-ın təhdidləri ilə deyil, yalnız İranın müəyyən edəcəyi şərtlərlə açılacaq”.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Qalibaf daha sonra sözlərinə belə davame dib:

“ABŞ hələ zorakılığın və vədləri pozmağın cəzasız qalmayacağını öyrənməyib. Mən bunu açıq şəkildə deyəcəyəm: zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız”.