Tunisdən Qəzzəyə: “Məğrib Müqavimət Karvanı” Liviyaya çatır
Qəzza mühasirəsini yarmaq üçün Tunisdən yola çıxan “Həmrəylik” karvanı hazırda Liviya şəhərlərindən keçir.
Əl-Cəzirə telekanalının məlumatına görə, bazar ertəsi Tunisdən yola düşən “Məğrib Müqavimət Karvanı” Liviyanın Zaviyə şəhərinə gəlib və burada xalq tərəfindən qarşılanıb.
Karvan Liviyanın paytaxtı Tripoliyə doğru gedir; Daha sonra Misurata şəhərinə və ölkənin şərqinə doğru hərəkət edərək Liviya-Misir sərhədindəki Umsaad keçid məntəqəsinə çatacaq.