10 June 2025

Millimiz Macarıstana uduzdu

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena"da baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın qolunu Renat Dadaşov (7) vurub. Macarların heyətində isə Barnabaş Varqa (5) və Dominik Soboslai (33) fərqləniblər.

Nyu York Universiteti tələbələrinin Qəzza üçün aclıq aksiyası 14-cü gününə qədəm qoyur

ABŞ-ın Nyu-York şəhərində müxtəlif universitetlərdən tələbələrin İsrailə etiraz etmək və Qəzzada aclıqdan əziyyət çəkən fələstinlilərə dəstək məqsədilə başlatdıqları aclıq aksiyası 14-cü gününə daxil olub.

Nyu Yorkdakı CUNY Məzun Mərkəzi, Brooklyn Kolleci və Baruch Kollecinin tələbələri Qəzzada baş verən humanitar böhrana diqqət çəkmək və “Qəzzada fələstinliləri aclıqdan öldürməyə və bombalamağa davam edən İsrail-ABŞ döyüş maşınına etiraz etmək” məqsədilə qeyri-müəyyən aclıq aksiyasını davam etdirirlər.

Avstriyada məktəbə hücum

Avstriyanın Qraz şəhərində məktəbdə baş verən atışma nəticəsində azı 8 nəfər həlak olub. Ölənlərin sayının artacağı ilə bağlı ehtimallar var. Daxili işlər naziri məktəbə hücum zamanı çoxlu sayda insanın öldüyünü təsdiqləsə də, dəqiq sayı açıqlamayıb.

Məhkəmə Alimpaşa Məmmədovla bağlı qərar verib

Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədov barəsində olan hökmdən və üzərinə həbs qoyulmuş əmlakı ilə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Alimpaşa Məmmədov cəza ilə bağlı kassasiya şikayətini geri götüməsi barədə məhkəməyə ərizə ilə müraciət edib.

"Abzas Media işi": “Nə məhkəmə araşdırmasında, nə də istintaq dövründə jurnalistlərin cinayət əməlini sübut edən fakt tapılıb”

Məhkəmədə üzə çıxıb ki, təqsirləndirilən şəxslərə qarşı bir dənə də olsa ifadə, maddi sübut, qanuni sənəd yoxdur

İyunun 10-da "Abzas Media işi" üzrə təqsirləndirilən jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib.

Rüfət Səfərovun işi məhkəməyə göndərilib

Hüquq müdafiəçisi, "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə başlayır.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hüquq müdafiəçisi R.Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin qəsdən bədənə az ağır xəsarət yetirmə), külli miqdarda ziyan vurmaqla dələduzluq və xuliqanlıq maddələrilə ittiham irəli sürülüb.

Qəzzada ölən jurnalistlərin sayı 227-yə çatıb

2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən jurnalistlərin sayı 227-yə çatıb.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

İsrail ordusunun terrorçulara qarşı keçirdiyi əməliyyat zamanı fotojurnalist Məhəmməd Əbu Əl-Auf ilə yanaşı üç tibb işçisi də həlak olub.

Mərhum fotojurnalist Fələstin anklavında bir neçə media orqanında çalışıb.

Azərbaycan XİN Putinin köməkçisinə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 9-da Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin "Russia Today" kanalına müsahibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

XİN vurğulayıb ki, Rusiya Federasiyası prezidentinin köməkçisinin "keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən" açıqlaması təəssüf və təəccüb doğurur.

Səudiyyə Ərəbistanı ABŞ neftinə müharibə elan etdi

Səudiyyə Ərəbistanı qlobal neft bazarında itirdiyi payını bərpa etmək üçün xüsusi strategiyanın icrasına başlayıb.

Bunu Bank of America Corp.-un əmtəə araşdırmalarının rəhbəri Fransisko Blanch Bloomberg TV-yə bildirib.

Onun sözlərinə görə, strategiya uzunmüddətli qiymət müharibəsini nəzərdə tutur: “Bu qiymət müharibəsi kəskin və qısamüddətli olmayacaq, əksinə, uzun və mərhələli olacaq”.

Dünyanın hər yerindən minlərlə fəal Misirdə görüşərək Rəfaha gedəcək

32 ölkədən minlərlə fəal vətəndaş cəmiyyəti təşkilatları, diplomatlar və humanitar təşkilatlarla koordinasiyada iyunun 15-də Rəfah sərhəd-keçid məntəqəsinin Misir tərəfində nümayiş keçirməyi planlaşdırır.

Fələstin müharibəsinə etiraz edən minlərlə beynəlxalq fəal Misirin paytaxtı Qahirədə "Qlobal Qəzza Yürüşü"nə toplaşacaq.

Ayətullah Sübhani: Hüseyn bin Əlinin (ə) hərəkatı başladığı gündən canlı nümunə, motivasiya mənbəyi və xilaskardır

İlahi insan Hz.Hüseyn bin Əlinin (Allah ondan razı olsun) hərəkatı başlanğıcdan bu günə qədər canlı və əbədi olan, nümunə, motivasiya və xilaskar olan ən görkəmli ilahi hərəkətlərdəndir.

Ayətullah Sübhani belə bir açıqlamada bildirib ki, İlahi şəxsiyyət Həzrəti Hüseyn bin Əlinin (ə) hərəkatı ən mühüm ilahi hərəkatlardan biri, örnək, ibrətverici və xilaskardır ki, başlanğıcından bu günə qədər yaşamış və yaşamaqda davam edir.