07 June 2024

Bəxtiyar Hacıyevin işi üzrə prosesdə şahidlər dindirilib

Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib. İki şahid dinlənilib.

Onlardan biri - Azərbaycan İqtisad Universitetinin müəllimi bildirib ki, Hacıyevin açdığı dil kurslarında dərs deyirdi və 50-50-yə prinsipi ilə işləyirdi (ödəniş kurs administrasiyası və müəllim arasında bölünürdü).

Şahidin qazancı ayda 200 manat təşkil edirdi və o, pulu ofis menecerindən alırdı, Hacıyevlə onun maliyyə əlaqələri olmayıb.

Amerika və Avropanın sionist rejimə dəstəyini dayandırmaq Fələstindəki ağrılı faciəyə son qoymağın yeganə yoludur

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Sadəcə sözdə deyil, Amerika və Avropanın irqçi sionist rejimə dəstəyinin tam və praktik formada dayandırılması bu ağrılı faciəyə və Fələstindəki insanlara qarşı məsuliyyətsiz və qəddar zorakılığa son qoyacaq.

İsrailin daha bir kəşfiyyat məğlubiyyəti

Media mənbələri bu gün səhər (cümə axşamı) bir sıra fələstinli müqavimət döyüşçülərinin işğal olunmuş ərazilərə sızması və onların sionist rejim əsgərləri ilə qarşıdurması barədə məlumat yayıb.

Bununla əlaqədar olaraq sionist rejim ordusu Qəzza və işğal olunmuş ərazilərin sərhədində təhlükəsizlik insidentinin baş verdiyini açıqlayıb.

İlk Avropa ölkəsi olan İspaniya İsrailə qarşı soyqırım işinə qoşulmaq üçün Beynəlxalq Ədliyyə Məhkəməsinə müraciət edib

İspaniyanın soyqırım işinə qoşulmaq tələbi baş nazir Pedro Sançesin hökumətinin Qəzzada sülh səylərini dəstəkləmək üçün atdığı son addımdır.

İspaniya İsraili Qəzzada soyqırım törətməkdə ittiham edən Cənubi Afrikanın işinə qoşulmaq üçün BMT-nin məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. İspaniya bu məsələ ilə bağlı məhkəmədən icazə istəyən ilk Avropa ölkəsi olub.

Ayaz Məhərrəmov sərbəst buraxılıb (yenilənib)

Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, onun barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

 

**********************************************************************************************************

Hədəf İslamdır. 5-ci hissə. Mümkün və son idiologiya

Bütün təcrübələr bu gün dünyaya verə biləcək ən güclü məktəbi, kapitalizmi ərsəyə gətirdi. Böyük uğurlara imza atan kapitalizm kommunizmdən fərqli olaraq tam azadlıqların sərhədsiz dünyasına üstünlük verdi. İnsanların arzuladığı fantastik azadlıq özlərinin də hiss olunmadan kapitalçının toruna düşən balıq misalı zaman keçdikcə tükəndirməyə davam etdi. Hansısa ölkələr, oradakı xüsusi güclər dünyanın kapital balansına yiyələnib insanlığı mədəni quldarlığa çəkincə bir gün insanın fitrətinə uyğun olaraq haqsızlıqdan bezəcəyini çox yaxşı başa düşür.

Almaniyanın Bonn şəhərində yerləşən BMT ofisi qarşısında azərbaycanlı siyasi fəallar aksiya keçirir

Bir grup siyasi fəal Elnur Mirzəyev, Abid Qafarov, DAS üzvləri Muxtar Quliyev, Fərid Səmədovun təşkilatçılığı ilə Almaniyanın Bonn şəhərində yerləşən BMT ofisi qarşısında Azərbaycanda şərlənərək həbs olunan jurnalistlərin və 20 qazinin özünü yandırmaqla intihar etmələrini əks etdirən bukletlər paylamaqla dünya ölkələri diplomatlarının qədiqqətini Azərbaycana cəlb edərək 300-ə yaxın siyasi məhbusların və həbs olunan jurnalistlərin azadlığını tələb edirlər.

 

Azərbaycan yolunu birdəfəlik Qərbdən ayırır

İlham Əliyev: Avropa ailəsinə girmək istəmirik

Azərbaycan Respublikasının prezidenti ölkəsinin yeni siyasi kursunda Qərbə inteqrasiyanın yer almadğını vurğulayıb.

İlham Əliyev iyunun 6-da Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə deyib: “Biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də, heç kim bizi oraya buraxmazdı”.

Yəmən və İraq qüvvələrinin birgə əməliyyatı

Əl-Məyadin xəbər agentliyinin məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Yəmən qüvvələrinin İsrail rejiminə bağlı iki gəmini hədəf almağa müvəffəq olduğunu açıqlayıb.

Yəhya Səri əməliyyatın İraq İslami Müqavimət Qüvvələrinin köməyi və bir neçə pilotsuz uçuş vasitəsi ilə həyata keçirildiyini əlavə edərək, "Birgə əməliyyat Hayfa limanına gedən iki hərbi texnika gəmisinə qarşı həyata keçirilib" deyib.

Yəmənin Fələstin yanaşmasına yüzlərlə təşkilat və şəxs tərəfindən dəstək

330 təşkilat, qrup, beynəlxalq həmkarlar ittifaqı hərəkatı və 1000-ə yaxın şəxs Amerika-İngiltərənin Yəmənə hücumunu pisləyən və Yəmənin Fələstin məsələsi və hüquqlarına dəstəyini vurğulayan beynəlxalq petisiya imzalayıb.

Əl-Meyadinin məlumatına görə, “Amerika və İngiltərə hücumlarına və Yəmənə qarşı hegemonluğa qarşı” başlıqlı bu petisiyanın imzalanması “İnqilabçı Alternativ Yol Hərəkatı”, “Samidun Şəbəkəsi” və “Fələstin Qadın Hərəkatı - əl-Kəramə”nin təşəbbüsü ilə həyata keçirilib.