Hüquq müdafiəçisinə təzyiqlər səngimir

Hüquq müdafiəçisi Rüfət Səfərova hakimiyyətin təhdidlətinin yeni dalğası başlayıb
Bu barədə Rüfət Səfərov özü yazıb:
“Əvvəlki təcrübələr, tərcümeyi-halım mənimlə hədə-qorxu dilində danışmağa əsas verir ki, müəllimlər?
Elədirsə, sizdə nə vaxt və haradan yarandı bu əsas?
Hüquq fəalı qismində işimi-gücümü qanun, hüquq, ədəb, nəzakət çərçivəsidə qurmuşam və bundan sonra da belə olacaq.
Yekə adamlarsınız, ayıbdır, yığışdırın 3-4 cü şəxslər vasitəsilə təhdidləri, təzyiqləri.
Bilirsiniz ki, həbsdən-zaddan çəkinən biri də deyiləm.
İnanın səmiyyətimə, insanın və hüququn qiyməti olmayan bu xarabaxanada azadlıq daha pisdir, nəinki həbs-filan. Vallah-billah ciddiyəm”.