Niderland Almaniya ilə heç-heçə etdi

Bu gün 2026/27 mövsümü üzrə UEFA Millətlər Liqasında mübarizəyə start verilib.

İlk oyun günündə A, B və D Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.

Günün əsas görüşlərindən biri Niderland və Almaniya yığmaları arasında keçirilib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Son çempion Portuqaliya isə Uelsi qəbul edib. Ev sahibləri rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.

UEFA Millətlər Liqası

24 sentyabr

20:00 Andorra – Malta 1:2

22:45 Niderland – Almaniya 1:1

22:45 Serbiya – Yunanıstan 1:2

22:45 Norveç – Danimarka 3:2

22:45 Portuqaliya – Uels 1:0

22:45 Avstriya – İsrail 3:1

22:45 Kosovo – İrlandiya Respublikası 1:0

22:45 Lixtenşteyn – Litva 0:2

Qeyd edək ki, Millətlər Liqasının liqa mərhələsi noyabrın 17-dək davam edəcək.