Ayaz Məhərrəmov sərbəst buraxılıb (yenilənib)

Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, onun barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

 

**********************************************************************************************************

AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb.

İyunun 6-dan haqqında məlumat əldə edilə bilməyən Aərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Ayaz Məhərrəmli saxlanılıb. APA-nın yaydığı məlumata görə “iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.”

Xatırladaq ki, ötən gündən ailə Həbib Məhərrəmovun itməsi barəsində məlumat yaymışdı. Hətta onlar dəfələrlə 102-xidmətini də məsələ ilə bağlı məlumatlandırmışdı.