Amerika və Avropanın sionist rejimə dəstəyini dayandırmaq Fələstindəki ağrılı faciəyə son qoymağın yeganə yoludur

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Sadəcə sözdə deyil, Amerika və Avropanın irqçi sionist rejimə dəstəyinin tam və praktik formada dayandırılması bu ağrılı faciəyə və Fələstindəki insanlara qarşı məsuliyyətsiz və qəddar zorakılığa son qoyacaq.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani virtual məkanda öz qeydində yazıb: Aİ-nin xarici siyasət rəsmisi Cozef Borrel deyir: “Qəzzadan gələn hesabatlar göstərir ki, yüz minlərlə günahsız insanın həyatına hakim olan yeganə reallıq zorakılıq və əzabdır. Beynəlxalq Ədalət Məhkəməsinin göstərişinə uyğun olaraq, hesabatlarla bağlı müstəqil araşdırma aparmaq lazımdır.

Diplomatik orqanın sözçüsü əlavə edib: Aparteid rejiminin Fələstin vətəndaşlarına, uşaqlara və qadınlara qarşı cinayətləri bütün dünya xalqları üçün aydındır və əlbəttə ki, dəhşətli və ölümcüldür. Sadəcə sözdə deyil, Amerika və Avropanın sionist irqçi rejimə dəstəyinin tam və praktik formada dayandırılması bu ağrılı faciəyə və Fələstindəki insanlara qarşı məsuliyyətsiz və qəddar zorakılığa son qoyacaq.