Azərbaycan yolunu birdəfəlik Qərbdən ayırır

İlham Əliyev: Avropa ailəsinə girmək istəmirik

Azərbaycan Respublikasının prezidenti ölkəsinin yeni siyasi kursunda Qərbə inteqrasiyanın yer almadğını vurğulayıb.

İlham Əliyev iyunun 6-da Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə deyib: “Biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də, heç kim bizi oraya buraxmazdı”.

Onun sözlərinə görə, Qərbin aparıcı dövlətlərinin keçmişi heç də onlara şərəf gətirmir. Onların keçmişi qanla doludur. Onların keçmişi müstəmləkəçilikdir. Onların keçmişi xalqlara əzab verməkdir, qanunsuz işğaldır. Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir.

 

SəhərAzəri