13 March 2023

Bayden iki Amerika bankının çökməsində Trampı günahlandırdı

ABŞ prezidenti Co Bayden Silikon Vadisi və İmza Bankının dağılmasında sələfi Donald Trampı günahlandırıb.

Operativtv.com Unikala istinadən xəbər verir ki, o, bunu Ağ Evdə çıxışı zamanı deyib .

Eyni zamanda Bayden hesab edir ki, amerikalılar ölkənin bank sisteminin təhlükəsizliyinə arxayın ola bilərlər. O qeyd edib ki, ABŞ vətəndaşları Silikon Vadisi və Signature Bank ilə bağlı vəziyyətlərə görə itki verməyəcək.

Hizbullah: Biz ABŞ-ın qəddar mühasirəsi altında xalqın taleyini tərk edə bilmərik

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir Livan Hizbullahının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyuddin: "Biz Amerikanın qəddar mühasirəsi və ya pulu olan bir ölkənin şantajı altında xalqımızın taleyini və ləyaqətini tərk edə və namusunu pulla müzakirə edə bilmərik. Bizim namusumuzu, xalqımızın namusunu heç bir pulla almaq olmaz. Dünyadakı bütün pullar belə bu vətənin müdafiəsi üçün qanını qurban vermiş xalqımızın şərəfinin qiyməti ola bilməz.

Azərbaycan: “İsrailin İrana hücum üçün torpaqlarımızdan istifadə etməsinə icazə verməyəcəyik”

Operativtv.com Oda tv-yə istinadən xəbərinə görə  İsrailin “The Jerusalem Post” qəzetinə danışan Muxtar Məmmədov İsrail mətbuatında Azərbaycanın İsraildən iri miqyaslı silah idxalı müqabilində bu ölkəyə hərbi əməliyyatlarda yardım etmək üçün hava limanı hazırlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Ayətullah Xamenei Belarus prezidentini qəbul edib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei rəsmi səfəri çərçivəsində Tehranda olan Belarus prezidenti Aleksandr Lukaşenko və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İran prezidenti Seyid İbrahim Rəisi də iştirak edib. Rəis bu gün səhər Tehranın Səadət Abad sarayında belaruslu həmkarı Lukaşenkonu rəsmi mərasimlə qarşılayıb.

Mübariz Qurbanlı icma üzvləri ilə “Məşədi Dadaş” məscidinə yeni imam təyinatını müzakirə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşüb.

Operativtv.com bu barədə Reporta istinadən Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri çıxış edərək Azərbaycan dövlətinin dini, milli-mənəvi dəyərlərimizin inkişafı, dini ibadət yerlərinin tikintisi və bərpası istiqamətində görülən işlərdən, dini icmalara göstərilən qayğıdan danışıb.

İmran Xanın həbsinə yeni order verildi

Pakistanın paytaxtı İslamabad məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həbsinə yeni order verib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Xan polis əməkdaşlarına və qadın hakimə qarşı nalayiq ifadələr və təhdidlər səsləndirməkdə ittiham edilir. 

Bildirilir ki, o,  martın 29-na qədər saxlanılmalı və məhkəmə qarşısına çıxarılmalıdır. 

"Çelsi" 11 futbolçusu ilə vidalaşmaq istəyir

İngiltərənin "Çelsi" klubu 11 futbolçusu ilə yollarını ayıra bilər.

Operativtv.com Reporta istinadən xəbər verir ki, London təmsilçisi yay transfer dönəmində həmin oyunçularla vidalaşmağa hazırdır.

Nəşr Ben Çiluell, Meyson Maunt, Mateo Kovaçiç, Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Ruben Loftus-Çik, Sesar Aspilikueta, Konor Qallaher, Hakim Ziyeş, Kay Haverts və Rahim Sterlinqin satışa çıxarılacağını iddia edib.

BƏƏ İsraillə silah müqaviləsini dayandırıb

İsrail mediası BƏƏ-nin işğal olunmuş ərazilərdəki böhranlara görə İsrail rejiminin təhlükəsizlik sistemlərinin alınması ilə bağlı razılaşmanı dayandırdığını bildirib.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, İsrail mediası bazar günü elan edib ki, BƏƏ rejimin son aylardakı yanaşması səbəbilə İsraildən təhlükəsizlik sistemləri almaq razılaşmasını dayandırıb və Binyamin Netanyahunun kabinetinə nəzarəti itirdiyini söyləyib.

BMT: Əfqanıstanda köməyə ehtiyacı olan insanların sayı 28,3 milyona çatıb

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bu il Əfqanıstanda humanitar yardıma ehtiyacı olan insanların sayının 28,3 milyon nəfərə çatdığını açıqlayıb.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) Əfqanıstanda ehtiyacı olan insanların sayının 2021-ci ilin əvvəlindəki 18,4 milyondan 2022-ci ildə 24,4 milyona yüksəldiyini bildirdi. Hal-hazırda bu rəqəm 28,3 milyona yüksəlib.

"Barselona" "Atletik"i məğlub etdi

La Liqanın 25-ci turunda "Barselona" "Atletik Bilbao"nu qəbul edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qarşılaşmada yeganə qolu ilk hissənin sonunda Rafinya vurub.

87-ci dəqiqədə hücumçu İqnasi Uilyamsın vurduğu qol VAR müdaxiləsi ilə ləğv edilib.

İraqda 22 İŞİD üzvü öldürüldü

İraqda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda təşkilatın 22 üzvü zərərsizləşdirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İraqın Terrorla Mübarizə Birliyinin rəhbəri general-leytenant Əbdülvehhab əs-Səidi əməliyyatla bağlı mətbuat konfransı keçirib.

İclasda çıxış edən Səidi, Ənbarda keçirdikləri əməliyyatda 22 İŞİD üzvünün öldürüldüyünü bildirib. Səidi əməliyyatın davam etdiyini qeyd edib.

Zaxarova “taxıl sazişi” barədə: Mövqeyimiz dəyişməyib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “taxıl sazişi” ilə bağlı KİV-in suallarını cavablayıb. RF xarici siyasət idarəsinə istinadən həmin brifinqi diqqətinizə təqdim edirik:

– Ukrayna tərəfdaşlarla “taxıl sazişi” üzrə danışıqları bərpa edib. Rusiya tərəfinin danışıqlarda iştirak etmədiyi bildirilir. Bu yazıları necə şərh edərdiniz?

Qarabağda hərbi qulluqçumuz həlak oldu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan bildirilib.