Zaxarova “taxıl sazişi” barədə: Mövqeyimiz dəyişməyib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “taxıl sazişi” ilə bağlı KİV-in suallarını cavablayıb. RF xarici siyasət idarəsinə istinadən həmin brifinqi diqqətinizə təqdim edirik:

– Ukrayna tərəfdaşlarla “taxıl sazişi” üzrə danışıqları bərpa edib. Rusiya tərəfinin danışıqlarda iştirak etmədiyi bildirilir. Bu yazıları necə şərh edərdiniz?

– İkinci müddəti (120 gün) martın 18-də başa çatacaq “Qara Dəniz Təşəbbüsü”nün uzadılması ilə bağlı müxtəlif tərəflərin, o cümlədən Kiyev rejiminin bəyanatlarından xəbərimiz var. Xüsusilə Rusiya nümayəndələrinin iştirakı ilə bu barədə danışıqlar aparılmayıb.

Bütövlükdə BMT-nin Baş katibi Antonio Quterreşin “paket” təklifi ilə bağlı mövqeyimiz, onun tərkib hissəsi qeyd olunan “Qara dəniz təşəbbüsü” ilə yanaşı, yerli kənd təsərrüfatı ixracının normallaşdırılmasına dair Rusiya-BMT Memorandumudur. Mövqeyimiz məlumdur və dəyişməz olaraq qalır.

Biz ondan irəli gəlirik ki, 22 iyul 2022-ci ildə İstanbulda bağlanmış sazişlər ərzaq böhranının aradan qaldırılması və Afrika, Asiya və Latın Amerikasında ehtiyacı olan ölkələrə yardım kimi elan edilmiş humanitar vəzifələrin həlli üçün bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir.

Bildiririk ki, yalnız Ukrayna hissəsi hələ də effektiv şəkildə həyata keçirilir, Qərbin birtərəfli sanksiyaları nəticəsində Rusiyanın kənd təsərrüfatı ixracı bloklanmaqda davam edir.