İraqda 22 İŞİD üzvü öldürüldü

İraqda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda təşkilatın 22 üzvü zərərsizləşdirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İraqın Terrorla Mübarizə Birliyinin rəhbəri general-leytenant Əbdülvehhab əs-Səidi əməliyyatla bağlı mətbuat konfransı keçirib.

İclasda çıxış edən Səidi, Ənbarda keçirdikləri əməliyyatda 22 İŞİD üzvünün öldürüldüyünü bildirib. Səidi əməliyyatın davam etdiyini qeyd edib.