Türkiyə, Rusiya, İran və Suriya arasında keçiriləcək görüşün tarixi müəyyənləşib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya ilə bağlı görüşün vaxtı müəyyənləşib.

Bu görüş martın 15-16-da Moskvada keçiriləcək və Türkiyəni təmsil edən xarici işlər nazirinin müavini Burak Akçapar, Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri iştirak edəcək. Suriya tərəfdən Əli Əsgər Hacı və xarici işlər nazirinin müavini Eymen Susan iştirak edəcək.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu daha əvvəl bu araşdırmadan sonra prosesin xarici işlər nazirləri səviyyəsinə daşınacağını və 4 nazirin görüşəcəyini açıqlamışdı.