"Barselona" "Atletik"i məğlub etdi

La Liqanın 25-ci turunda "Barselona" "Atletik Bilbao"nu qəbul edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qarşılaşmada yeganə qolu ilk hissənin sonunda Rafinya vurub.

87-ci dəqiqədə hücumçu İqnasi Uilyamsın vurduğu qol VAR müdaxiləsi ilə ləğv edilib.

Hazırda "Barselona" 65 xalla turnir cədvəlinə başçılıq edir, "Real" isə 56 xalla ikincidir. 

"Atletik" isə 33 xalla 9-cu pillədə qərarlaşıb.