Bu səhər Livandan İsrailə 100-ə yaxın raket atılıb

Bu səhər Livan ərazisindən iki ayrı hücumda İsrail tərəfinə 100-ə yaxın raket atıldığı bildirilib.

İsrail ordusu gecə yarısından sonra Livanda Hizbullaha aid olduğu iddia edilən iki ayrı yerə hücum edildiyini bildirib.

İsrail mənbələri səhər saatlarında Livandan İsrailin şimalına iki ayrı raket hücumu həyata keçirildiyini bildiriblər.

Hücumlarda 100-ə yaxın raket atıldığı bildirilsə də, itkilər barədə məlumat verilməyib.