Bu il pensiyalar artırılacaq

"Mütəmadi olaraq pensiyalar artırılır. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir".

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:

"Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir", - deyə DSMF sədri vurğulayıb.