Britaniya Fransaya 576 milyon dollar verəcək

Böyük Britaniya, müqavilənin bir hissəsi olaraq La-Manş boğazı boyunca qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün qarşıdakı üç il ərzində Fransaya 576 milyon ABŞ dolları verəcək.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Qeyd olunub ki, razılaşma Böyük Britaniyanın Baş naziri Rişi Sunakla Fransa Prezidenti Emmanuel Makron arasında Parisdə keçirilən birgə sammit zamanı əldə ediib.

Vəsait Fransada yeni miqrant saxlama mərkəzinin maliyyələşdirilməsinə və kiçik gəmilərin keçmə cəhdlərinin tez aşkar edilməsini təmin etmək üçün 500 Fransız təhlükəsizlik və dəstək agentinin yerləşdirilməsinə gedəcək.