İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsini bəyan edib ki, İran İslam Respublikası yarandığı gündən müqavimət cəbhəsini dəstəkləyib və bundan sonra da bu müqəddəs cəbhəyə hər cür dəstək verəcək.
O, keçirilən “Beynəlxalq Müqavimət Diplomatiyası və Xidmət Şəhidlərini Anma Konfransı”ndakı çıxışında Şəhid İbrahim Rəisi, Şəhid Qasım Süleymani, Seyid Həsən Nəsrullah, Əbu Mehdi əl-Mühəndis və bütün müqavimət şəhidləri başda olmaqla bütün xidmət şəhidlərini rəhmətlə yad edib.
“Təkəbbür cəbhəsi, ilk növbədə qatil Amerika öz maraqları naminə beynəlxalq hüquq qaydalarını alətləşdirir, bir xalqın öz şərəfini, torpağını və azadlığını müdafiə etməsini qeyri-qanuni elan etməklə bərabər, təcavüzkara haqq qazandırır, ona hər cür maddi, siyasi və hərbi dəstək verir” deyib.
"Zalımlar İranın müqavimət cəbhəsinə verdiyi dəstəyə qəzəblidirlər. Çünki onlar bilirlər ki, İranın ardıcıl dəstəyi onların bir çox qaranlıq ambisiyalarını puça çıxarıb."
Məhkəmə sədri sionist rejimin son bir il yarımda Qəzza zolağında 52 mindən çox günahsız insanı şəhid etdiyinə diqqət çəkərək deyib: "Sonra da gəlib sülhdən danışırlar! Siz həm qatilsiniz, həm də qatilləri dəstəkləyirsiniz, nə sülhdən danışırsınız?!
Bu gün biz müsəlmanlar və müqavimət tərəfdarları həm Qəzzada birbaşa xəstələri, həkimləri və yardım işçilərini hədəf alan cinayətkarlarla, həm də bu cinayətkarları dəstəkləyən münafiqlərlə qarşı-qarşıyayıq. Sonra da utanmadan terrorla mübarizədən danışırlar! Bu, həqiqətən də tragikomik bir vəziyyətdir."
Biz yüksək səslə bəyan edirik: Fələstin, Hizbullah, Yəmən və Müqavimət Oxunun yanındayıq