Azərbaycanda qeyri-neft ixracının 10% artdığı bildirilir

2023-cü ildə Azərbaycan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Toplum Tv xəbər veriir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb. 

Bildirilir ki, bu, 2022-ci illə müqayisədə 9,8 % çoxdur.

Mərkəzdən verilən məlumata görə, 2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları təşkil edib.  2023-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin 12 ayı ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3%, qara metallardan məmulatların ixracı 13,3%, meyvə-tərəvəz ixracı isə 8,7% artıb.  Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyərin isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 201 milyon ABŞ dolları olduğu qeyd edilib.