Azərbaycan və İraq əlaqələrinin gücləndirilməsi müzakirə edildi

Azərbaycan və İraq iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Operativtv.com Az.rasthaber.org-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İraqın ticarət naziri Atir Əl-Qurayr (Atheer Al-Ghurairi) ilə görüşməkdən şadam. Görüş zamanı Azərbaycan və İraq arasında iqtisadi və ticarət əməkdaşlığı, daha da gücləndirilməsi yolları barədə məhsuldar müzakirələr apardıq”, – paylaşımda qeyd edilib.