Azərbayan millisi Bolqarıstanla heç-heçə edib

Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sonuncu oyununu keçirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan seçməsini qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.