Ayətullah Xamenei İranın xarici işlər naziri, rəsmiləri, həmçinin bu ölkənin xaricdəki səfirləri və nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Ali Rəhbər uğurlu xarici siyasətin meyar və göstəricilərini izah etməklə “izzət” yalvarış diplomatiyanı inkar etmək və ondan qaçmaq, “hikmət” müdrik və hesablanmış qarşılıqlı əlaqələr və fəaliyyətlər, “məsləhət” isə çətin maneələrdən yan keçmək və yolu davam etdirmək üçün elastiklik etmək deməkdir - deyə bildirib.

Ali Rəhbər bildirib ki, xarici siyasətdə izzət dedikdə, yalvarış diplomatiyasının inkarı nəzərdə tutulur.  "Bu illər ərzində bizim diplomatiyamızda elə hallar olub ki, həmin  “yalvarış diplomatiyası” adı onun üçün  düzgün ifadədir. Ola bilsin ki, tonumuz yalvarmaq deyildi, amma işin mahiyyəti yalvarmaqdan ibarət idi. İzzət bu cür diplomatiyanı, filankəsin əli və dilinə baxmağı inkar etməkdir: hansısa ölkənin  yetkin siyasi şəxsiyyəti belə dedi və belə davrandı.  İzzətt o deməkdir ki, biz bunlara baxmamalıyıq, öz prinsiplərimizə arxalanmalıyıq."

Ayətullah Xamenei hikmət sözünün mənasına toxunaraq bildirib ki, hikmət  bütün ikitərəfli və çoxtərəfli qarşılıqlı fəaliyyətlərdə ağıllı və düşüncəli şəkildə hərəkət etmək, düşünülməmiş və reaksiya xarakterli şərhlərdən çəkinmək deməkdir.  Hikmət o deməkdir ki, etdiyimiz hər bir işin intellektual və rasional dəstəyi olsun. Bunu düşünmək və hesablamaq lazımdır."

"Məsləhət yəni uyğunlaşmaq lazım olan məqamları bilməkdir", - deyən Ayətullah Xamenei bildirib ki, elə yerlər var ki, vəziyyətə uyğunlaşmaq lazımdır. Bu uyğunlaşma əsas prinsiplərlə ziddiyyət təşkil etmir".

Ali Rəhbər bildirib ki, prinsipləri qorumaqla yanaşı uyğunlaşmaq mümkündür. Yəni bəzi yerlərdə uyğunlaşmaq imkanından  istifadə etmək olar:

"Bir neçə il əvvəl bir dəfə demişdim: “Qəhrəmancasına edilən mülayimlik”. Bu, pis başa düşüldü. Bəziləri ölkədən kənarda səhv başa düşdü,  başqa hesablamalar apardılar. Ölkə daxilində də bizdən bəziləri bunun mənasını yanlış anladılar. Uyğunlaşma bəzi yerlərdə lazımdır, mütləq yerinə yetirilməlidir.

İmamət bəhsində "təqiyyə" barəsində ətraflı şəkildə danışmışdım. "Təqiyyə" sözünün açıqlamasında  izah etdiyimiz eyni mənadadır. Təqiyyə bir yerdən hərəkət edərkən keçə bilmədiyin bir qayaya çatmaq və həmin qayanın yanından yol tapıb oradan keçmək deməkdir. Uyğunlaşmaq da budur. Bu o demək deyil ki, biz yolumuzu davam etməkdən çəkindik və geri çəkildik. Xeyr! Biz döyüşə getmədik,  vəziyyətə uyğunlaşaraq başqa yol tapa bildik".