Ayətullah Xamenei Beynəlxalq Quran Müsabiqəsinin iştirakçılarını qəbul edib

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei 40-cı Beynəlxalq Qurani-Kərim müsabiqəsində iştirak edən qari və hafizləri qəbul edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehranda İmam Xomeyni  Hüseyniyyəsində keçirilən 40-cı Beynəlxalq Quran müsabiqəsində iştirak edən Quran alimləri və hafizləri ilə görüşüb.

Fevralın 15-də Tehranda dünyanın 44 ölkəsindən 99 qarinin iştirakı ilə 40-cı Beynəlxalq Qurani-Kərim yarışı başlayıb. Bu yarışma dünən başa çatıb.