Ayətullah Sistani livanlı şəhid uşağın ailəsini qəbul edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İsrailin Livanın cənubuna son hücumunda şəhid olan livanlı uşaq Əməl əd-Darın ailəsi şiə dünyasının ali məqamlı mərcə təqlidi Ayətullah Seyid Sistani ilə görüşüb.

Ayətullah Sistani şəhid uşağın ailəsinə başsağlığı verib və eyni zamanda möhtərəm Livan xalqına – xüsusən də cənubda yaşayan əhaliyə xeyir və bərəkət arzulayıb, Allahdan onları hər cür şər və bəlalardan qoruması üçün dua edib.

O, işğalçı İsrail ordusunun Qəzzada Fələstin xalqına qarşı soyqırım savaşının davam etməsinə toxunaraq, dünyanın bu müharibəni dayandırmaqda acizliyindən və ya özünü göstərə bilməməsindən dərin təəssüfləndiyini bildirib.