Amnesty İnternational: İsrail Qəzzaya barbar hücumlarını dayandırmalıdır!

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamard Qəzzada fövqəladə atəşkəs qanun layihəsinin qəbul edilməsini alqışlayıb və İsrailin vəhşi bombardmanının dərhal dayandırılmasını və daimi atəşkəsin əldə olunmasını istəyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Amnesty İnternational təşkilatının baş katibi Aqnes Kallamard X sosial media hesabında bu haqda yazıb:

"İsrail Qəzzanın vəhşicəsinə bombalanmasını dərhal dayandırmalı və humanitar yardımın paylanmasını asanlaşdırmalıdır. İsrail, Həmas və digər silahlı qruplar atəşkəsin davamlı olmasını təmin etməlidir. Özbaşına həbs edilən bütün fələstinlilər, eləcə də mülki girovlar dərhal azad edilməlidir.".

Kallamard öz yazısında qeyd edib:

“Beynəlxalq ictimaiyyət siyasət oynamağı dayandırmalı və bu qərarın daimi atəşkəsə yol açmasını təmin etməklə insanların həyatını xilas etməyə üstünlük verməlidir”.