Ağa-Əli Yəhyayevin məhkəmə açılış iclası baş tutub

Yanvarın 12-də Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayevin ilkin məhkəmə iclası baş tutub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutuan iclas anten məlumatların dəqiqləşdirilməsi ilə davam edib. Ardınca vəkil Zibeydə Sadıqova məhkəməyə Ağa-Əli Yəhyayevin ev dustaqlığı ilə bağlı müraciət etsə də, hakim müraciəti təmin etməyib. İş, ümumi tanışlıqdan sonra 26-yanvar saat 09:45-ə qədər ertələnib.
Xatırladaq ki, Ağa-Əli Yəhyayev 2023-cü ilin avqustun 31-i Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılmışdı. Saxta ittihamlarla fiziki işgəncələrə məruz qalan inanclı narkotiklərlə bağlı ittihamla şübhəli bilinirdi. Bir gün sonra sentyabrın 1-də məhkəmə önünə çıxarılan A. Yahyayev barəsində məhkəmə 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddə ilə cinayət işi başladılaraq həbs qətimkan tədbirini seçmişdi.
Müsəlman Birliyi Hərəkatı Ağa-Əli Yəhyayevin həbsini tam sifarişli və onun fəliyyəti ilə bağlı olduğunu bildirərək bununla bağlı etiraz bəyanatı yaymışdı. Eyni halda hərəkat ölkədə islamafob mühitin formalaşdırılması, İran-Azərbaycan arasında yaranan gərginlik səbəbindən saxta ittihamlarla inanclıların həbsini qəbuledilməz saymışdı.