Yəmənin Saada vilayətinin sakinləri Fələstinə dəstək üçün kütləvi nümayişlər keçirib

Yəmənin Saada vilayətində Fələstinə dəstək üçün kütləvi nümayişlər keçirilir.

Yəmənin şimalındakı Saada və bu vilayətin digər səkkiz şəhərinin sakinləri kütləvi nümayişdə Fələstin və Qəzzanın müdafiəsi istiqamətində öz mövqelərini təkidlə bildiriblər.

“Mövqeyimizdə möhkəmik... Qələbəyə qədər Qəzzə ilə” şüarı ilə keçirilən bu nümayişdə iştirakçılar bəyanatla çıxış edərək silahlı qüvvələrin Fələstinə dəstək əməliyyatlarına dəstək veriblər.

Nümayişçilər həmçinin Livan və İraqdakı müqavimət qruplarının əməliyyatlarını və Fələstin xalqının müdafiəsi yolunda göstərdikləri fədakarlıqları yüksək qiymətləndirib və bir daha sionist rejimlə birbaşa mübarizə aparmaq üçün işğal olunmuş Fələstinə döyüşçülər və mücahidlərin göndərilməsi üçün sərhədlərin açılmasını tələb ediblər.

Yəmən vətəndaşları Qırmızı dənizdə əsas təhlükəni ABŞ, İngiltərə və sionist rejimin hərbi mövcudluğu hesab edərək, beynəlxalq gəmiçilik şirkətlərini əmin ediblər ki, Yəmən silahlı qüvvələrinin əməliyyatları yalnız İsrail, ABŞ və sionist rejimlə əlaqəli şirkətlərə qarşıdır.