XİN rəhbəri: Norveç və Finlandiya “Quran"ın yandırılmasına icazə verməyib

Norveç və Finlandiya “Qurani-Kərim”in yandırılmasına icazə verməyib.

Operativtv.com APA-nın Türkiyə müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Norveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra bu aksiyanın ləğv edildiyini bildirib.

Bundan əlavə, Finlandiya xarici işləri naziri də türkiyəli həmkarına bu cür addımın atılmasına ölkəsi ərazisində icazənin verilməyəcəyini söyləyib.

Çavuşoğlu, müqəddəs kitabların yandırılmasının cinayət olduğunu, ifadə azadlığı ilə əlaqəsinin olmadığını vurğulayıb.