"Şeyx Sərdarın hüquqlarının pozulması ilə bağlı şikayətlərimiz araşdırılmır" Elçin Sadıqov

Vəkil Elçin Sadıqov aprelin 3-ü 7 saylı Cəzaçəkmə Müəssisəsində 2 aydan artıqdır "kars"da saxlanılan Şeyx Sərdar Hacıhəsənli ilə görüşüb.
Bu barədə Elçin Sadıqov özü açıqlama yayıb:
"Bu gün 7 saylı CÇM-də Şeyx Sərdar Babayevlə görüşdüm. Hər kəsi qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə təbrik etdi.
29 mart 2024-cü il tarixdə cərimə təcridxanasına ("kars") keçirilməsinin müddəti tamam olsa da, ona yeni qərar elan edilmədən yenə də cərimə təcridxanasında saxlanılır. Onun hüquqlarının pozulması ilə bağlı şikayətlərimiz isə araşdırılmır."
Qeyd edək ki, saxta ittihamla şərlənərək 17 il azadlıqdan məhrum edilən ruhani Şeyx Sərdar Hacıhəsənli 2024-cü ilin yanvar ayının 29-dan bu günə kimi (03.04.2024) 7 saylı Cəzaçəkmə Müəssisəsində"kars"da (cərimə təcridxanasında) saxlanılır və orucunu "kars"da tutur.
 
 
 
Maidə.az