Seyid Haşim Səfiyuddin: Qəzzada Amerika layihəsi uğursuzluğa düçar oldu

Hizbullah İcra Şurasının sədri, müqavimətin Qəzzada Amerika layihəsinin iflasa uğradığını vurğulayaraq, "Qəzzada baş verənlər Livanda müqavimət silahının əhəmiyyətini ortaya qoyur. Biz fələstinliləri heç vaxt tək qoymayacağıq" deyib.

Hizbullahın İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyuddin Qüds Yolu şəhidlərinin anım mərasimində etdiyi çıxışda; “Livandakı müqavimətin arxa planını anlamaq üçün bunu başa düşmək lazımdır ki, Livan müqaviməti Fələstindəki müqaviməti və Qəzzada döyüşçüləri tərk etməyəcək. Amerika layihəsi Qəzzada qalib gəlsəydi, fələstinli qaçqınların Suriya və Livan da daxil olmaqla müxtəlif ölkələrə yerləşdiriləcəyi açıq-aydın idi. İsrailin Fələstini işğalı davam edərkən Fələstinli qaçqınların başqa ölkələrə yerləşdirilməsi layihəsi davam edəcək.

Qəzzədə gördüklərimiz Livanda müqavimət silahlarının əhəmiyyətini sübut edir. Sərhədlərdə sionist düşmənlə mübarizə apararkən təkcə Qəzzanı deyil, Livanı da müdafiə etmək üçün milli və dini məsuliyyətimizi yerinə yetiririk. Bu cəbhədə olmağımız düşmənə ciddi dərslər verir və düşmən mediası Hizbullah mücahidləri və onların vurduğu silahlardan danışmağa davam edir. Bu müharibədə İsrailə böyük zərbələr vurur”-deyə bildirib.